Robot insanları çəngəllə yedizdirir

Vaşinqton Universitetinin mühəndisləri əl hərəkəti pozuntulu insanları müstəqil şəkildə yedizdirəcək robotlaşdırılmış sistem üçün alqoritm hazırlayıblar. Avtosfer.az ICTnews-a istinadən bildirir ki, alimlərin "NeurIPS 2018" konfransında etdikləri məruzələrdə bildirilib ki, yemək zamanı insanların ərzaqlarla necə davranmasını anlamaq və robotları bu hərəkətlərə adaptasiya etmək üçün mütəxəssislər tədqiqat iştirakçılarından manekeni yedizdirməyi xahiş ediblər. Toxunuşla hiss edilən siqnalların və hərəkət göstəricilərinin toplanan analizi "Kinova JACO" robotlaşdırılmış manipulyatoru üçün alqoritm yaratmağa kömək edib. Əlil kreslosuna bərkidilən robot tutma qabiliyyətinə malik manipulyator və daxili kamera ilə təchiz edilib. Ötürücülərə malik idarəetmə bloku robotun çəngəli götürərək meyvə və ya tərəvəzlərə batırması və insan ağzına yaxınlaşması zamanı işinə nəzarət edir.
Mütəxəssislər qeyd edir ki, robotun hərəkət alqoritmi onun hansı yeməklə işləməli olduğundan asılıdır. Təqdimatda robot çəngəli tərəvəz və ya meyvəyə batırması üçün proqramlaşdırılıb. Bununla yanaşı, manipulyatorun hərəkətləri konkret ərzaq növündən asılı olur: yumşaq və bərk meyvələri robot müxtəlif baxış bucağından batırır. Həmçinin robot yemək tikəsi çox böyük olanda və ya düzgün formalı olmayanda qidanı operatorun ağzına rahat baxış bucağından yaxınlaşdırır.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











