Robot istehsal edən robotlar işləyəcək - VİDEO

İsveçrədə fəaliyyət göstərən "ABB" beynəlxalq şirkəti Şanxayda "gələcəyin fabriki"nin inşasına 150 milyon dollar məbləğində vəsait yatırmaq niyyətini açıqlayıb. Gələcəyin fabrikində robotlar digər robotları istehsal edəcək. Avtosfer.az ICTnews-a istinadən bildirir ki, "ABB" şirkətinin press-relizinə əsasən, yeni müəssisənin 2020-ci ilin sonunadək istismara verilməsi planlaşdırılıb. Süni intellekt sahəsində rəqəmsal texnologiya, robot texnikası və qabaqcıl tədqiqatları birləşdirməyə imkan verəcək fabrikdə yeni növ robotlar işləyəcək, insanlar isə onların işinə nəzarət edəcək. "ABB" (Asea Brown Boveri Ltd.) - elektrotexnika, enerji maşınqayırması və informasiya texnologiyaları sahəsində ixtisaslaşmış beynəlxalq şirkətdir. 1988-ci ildə İsveçin "ASEA" və İsveçrənin "Brown, Boveri & Cie" şirkətlərinin birləşməsindən sonra təsis edilib.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












