“Rusiya Helikopterləri” holdinqi Azərbaycanda servis mərkəzi açacaq

Bakıda keçirilən üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edən "Rusiya Helikopterləri" holdinqi Azərbaycan ərazisində Rusiya hərbi texnikası üçün servis mərkəzi yaratmaq təklifini verəcək. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə holdinqin servis məsələləri üzrə baş direktor müavini İqor Çeçikov məlumat verib. Onun sözlərinə görə, sərgi çərçivəsində ən yeni hərbi və mülki helikopter nümunələri təqdim edəcəklər: “Biz həmçinin Azərbaycan ərazisində Rusiya istehsalı helikopterləri üçün servis mərkəzi yaratmaq məsələsini gündəmə gətirməyi düşünürük”. Qeyd edək ki, “Rusiya Helikopterləri” holdinqi "ADEX-2018" sərgisinə Mi-38 modellərinin nəqliyyat-sərnişin variantını, həmçinin “Ansata”, Mi-35M helikopterlərini təqdim edir.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












