Rusiya və Çin birgə helikopter istehsalına başlayır

Rusiya və Çin arasında ağır yükdaşıma qabiliyyətinə malik vertolyotun hazırlanması barəsində danışıqlar başa çatıb. Avtosfer.az yenicag.az-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlərə açıqlamasında Rusiyanın Rostex əyalətinin Beynəlxalq əməkdaşlıq və regional siyasət korporasiyasının direktoru Viktor Kladov bildirib. “Danışıqlar başa çatıb. Tərəflər müqavilə imzalamağa hazırdırlar. Bu, vertolyotun dizaynı üzrə müqavilədir və imzalandıqdan sonra dizayn işləri başlayacaq ” – deyə Kladov vurğulayıb. “Bu, Çin helikopteri olacaq. Helikopterin hazırlanmasında çox işlər bir Çin şirkəti tərəfindən həyata keçiriləcək. Çin tərəfi Rusiyaya bəzi əsas komponentləri inkişaf etdirməyi tapşırıb” – deyə Kladov bildirib. Qeyd edək ki, 2016-ci ildə Rusiya və Çin AHL (Advanced Heavy Lift) vertolyotunun inkişaf etdirilməsi barəsində razılaşma əldə edib. Rusiya baş naziri Dmitri Medvedev 2017-ci ilin fevral ayında bu vertolyotun birgə inkişafı üzrə hökumətlərarası müqaviləni təsdiqləyib. Layihə, dizayn, helikopter prototiplərinin istehsalı, sınaqların aparılması, sertifikatlaşdırma, hazırlıq və təkrar istehsal, həmçinin vertolyotun bazarda marketinqi də daxil olmaqla proqramı bütövlükdə həyata keçirmək Çinin məsuliyyətindədir.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












