Rusiyanın yeni hərbi dronunun görüntüsü yayıldı - FOTO

Rusiyanın ağır zərbəçi “Oxotnik” pilotsuz uçan aparatı aktiv fazalı anten şəbəkəli müasir çoxfunksiyalı radiolokasiya stansiyası ilə təchiz olunub. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, “Rossiyskaya Qazeta”nın hərbi ekspertləri PUA-nın “Twitter”də yayılan fotoşəklini təhlil etdikdən sonra belə bir nəticəyə gəlib. Yanvar ayında “Oxotnik”in ilk fotoşəkli dərc olunub. 2018-ci ilin dekabr ayında Rusiya müdafiə nazirinin müavini Aleksey Krivorçuk “Oxotnik”in ilk uçuşunun 2019-cu ilin yaz aylarına planlaşdırıldığını bildirib.
Noyabr ayında isə (2018) PUA Novosibirsk aviasiya zavodunun uçuş-eniş zolağında ilk yürüşü təşkil olunub və sınaqda “Oxotnik” 200 km/saata qədər sürət yığıb.
Hərbi dron Rusiyanın altıncı nəsil qırıcısının prototipi hesab olunur. Şəkli yayılana qədər ABŞ-da “Oxotnik” PUA-nın bir “uydurma” olduğu iddia olunurdu.

Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












