Sərhəd nəzarətində helikopterləri dronlar əvəz edəcək

Avstriya Macarıstan və Sloveniya ilə dövlət sərhədinin mühafizəsində dronlardan istifadə edəcəkdir. Avqust ayında start veriləcək pilot layihə çərçivəsində dronlar sərhəd zolağında helikopterləri əvəz edəcək. Bu məlumatı Avstriyanın Federal Daxili İşlər naziri Karl Nehammer Avstriya Mətbuat Agentliyinə (APA) verdiyi açıqlamada təsdiqləyib. O qeyd edib ki, qeyri-leqal miqrant axınlarını nəzarətdə saxlamaq üçün indiyədək helikopterləri sərhəd boyunca havadan müşahidə aparır və bu uçuşlar olduqca baha başa gəlir. Xərcləri aşağı salmaq üçün nazirlikdə dronlardan istifadə barədə qərar verilib. Foto və videomaterialları real vaxt rejimində idarə mərkəzinə ötürən dronlar eyni zamanda istilik kameraları ilə də təhciz olunacaqdır.
Nazir həmçinin bildirib ki, Avropa İttifaqının xarici sərhəd nəzarəti effektiv şəkildə fəaliyyət göstərməyincə, Avstriya öz sərhədlərinin mühafizəsində yeni texnologiyaların tətbiqinə məcbur olacaqdır. O, aktual miqrasiya problemlərini müzakirə etmək üçün avqustun sonunda Yunanıstana səfər edəcəyini də bildirib.
Pilot layihə çərçivəsində bir neçə dron sistemi sınaqdan keçiriləcək, eyni zamanda hansı texniki göstərici və avadanlıqların sərhəd mühafizəsi üçün lazım olduğu öyrəniləcəkdir. Nazir açıqlamasında sərhədboyu zonada yaşayan yerli əhalini narahat edən məlumatların qorunması məsələsinə də aydınlıq gətirib və bildirib ki, əldə edilən görüntülər mütəmadi olaraq silinəcəkdir və bununla bağlı bütün konstitusion tələblər icra ediləcəkdir.
Həmçinin qeyd edilib ki, Macarıstan və Sloveniya tərəfi bu pilot layihə barədə məlumatlanıdırılıb və hər iki ölkə bu layihəyə maraq göstəriblər. Sloveniya tərəfi isə Xorvatiya ilə sərhədlərin mühafizəsində dronlardan istifadə üçün Avstriya tərəfinə əməkdaşlıq üçün təklif edib. (AZƏRTAC)
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











