“Sharp” yeni model insanabənzər robot smartfonlar istehsal edib

Yaponiyanın “Sharp” korporasiyası “RoBoHon” insanabənzər robot smartfonlar istehsal xəttinə 3 yeni model əlavə edib. Hərəkət edə bilməyən ən ucuz versiyalardan birini 715 dollara almaq olar. Tokioda keçirilmiş təqdimatda elan edilib ki, hərəkət edə bilməyən model uşaqlı ailələr, hərəkət edən modellər isə biznes üçün nəzərdə tutulub. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, “robofon” hərəkət edə, danışa, rəqs edə bilən, eyni zamanda, adi smartfon kimi işləyə bilən kiçik insanabənzər robotdur. Robotun kürəyinə displey quraşdırılıb. Qurğuya videomüşahidə, şəkil mübadiləsi, “Sharp Aquos Android TV” "ağıllı" televizorları, kondisioner və başqa texnikanın idarəetməsi, həmçinin robotun hərəkətlərinin proqramlaşdırılması üçün 30 proqram (tezliklə onların sayı 46-dək çatdırılacaq) quraşdırılıb. “RoBoHon” biznes seqmentinə mağaza və muzeylərdə məhsulları təqdim edən konsultant kimi təklif edilir. Proqramlardan biri robotu yapon, ingilis, Çin və Koreya dillərində danışan poliqlota çevirməyə imkan verir. Cihaz “Snapdragon 430” prosessoru, 2 QB əməli yaddaş, 16 QB fləş daşıyıcı, 8 meqapiksellik kamera ilə təchiz edilib. Robot daxili pikoproyektordan məhrum olunub. Ekranın ölçüsü 2-dən 2,6 düymədək böyüdülüb və “Android” sisteminin versiyası yenilənərək 8.1 olub.
Aparatın LTE modulla olan versiyasının qiyməti təxminən 1628 dollar, “Wi-Fi” ilə olan versiyası 1085 dollar, hərəkət edə bilməyən modeldə isə 715 dollar təşkil edir.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










