Sifarişlərin çatdırılması üçün robot hazırlanıb

Elektron kommersiya sahəsində dünya lideri olan Çinin “Alibaba” kompaniyası sifariş çatdırılması üzrə özünün ilk avtonom robotunu təqdim edib. AZƏRTAC Çin KİV-lərinə istinadla xəbər verir ki, “Xiaomanlv” adlandırılan robot süni intellektli pilotsuz idarəetmə texnologiyası ilə təchiz olunub. O, gün ərzində 500-ə yaxın sifarişi müəyyən bir ünvana, məsələn, ofis binasına və ya məktəbə çatdırmağa qadirdir. Robot hava şəraiti və GPS siqnalından asılı olmayaraq, bir dəfəyə 50 poçt bağlaması apara və təxminən 100 kilometr məsafə qət edə bilir. Belə robotlar sayəsində yaxın zamanlarda ekspress-çatdırılma sahəsində gün ərzində bir milyard sifariş səviyyəsinə yüksəlmək nəzərdə tutulur.
Qeyd edək ki, əsası 1999-cu ildə Cek Ma tərəfindən qoyulan “Alibaba Group” Çinin ən iri internet kompaniyasıdır. Qrup “Alibaba Pictures”, “Alibaba.com”, “AliExpress.com”, “Taobao.com”, “Tmall.com” kimi bir neçə kompaniya və internet meydançanın, həmçinin bulud texnologiyaları sahəsində çalışmalar aparan “Alibaba Cloud” və süni intellekt sahəsində fəaliyyət göstərən “AI Labs” törəmə müəssisələrinin sahibidir. Son məlumata əsasən, internet biznesi “Alibaba Group” kompaniyasının gəlirinin təxminən 86 faizini təşkil edir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











