Silahlı şəxsləri müəyyən edən sistem hazırlandı - MƏKTƏBLƏR ÜÇÜN

İnsanların çoxluq təşkil etdiyi ərazilərdə silahlı şəxslərin terror aktı törətməsinin qarşısını almaq məqsədilə ABŞ-ın “Athena Security” startapı maraqlı şəbəkə hazırlayıb. Avtosfer.az publika.az-a istinadən xəbər veri ki, sözügedən şəbəkə insanların sıx olduğu məkanlarda üzərində silah olan şəxsi aşkarlamaq üçün proqramlaşdırılacaq. Bu neyron şəbəkə sistemi ilk dəfə olaraq ABŞ-da orta məktəblərində tətbiq ediləcək. Xüsusi alqoritmlər vasitəsilə yığılan şəbəkə insan axınında üzərində silah olan şəxsi müəyyən edəcək. Bunun üçün sistem müşahidə kameralarını işə salır və insanların xarici görünüşünü anliz edir. Cəmi bir neçə dəqiqə ərzində neyroşəbəkə şübhəli şəxsi aşkarlayaraq bu barədə polisə məlumat ötürəcək. Sistemin ilk sınaq mərhələsi Pensilvaniya ştatında yerləşən Vud orta məktəbində baş tutub. “Athena Security” nümayəndələrinin sözlərinə görə, bu şəbəkə polis əməkdaşlarının girişlərdə metal detoktorlarının quraşdırılması ilə aparılan axtarışlardan çox daha məqsədəuyğun nəzarət sistemi olacaq. Xatırladaq ki, təhsil müəssisələrində atışma hallarının baş verməsi ABŞ-da aktual problemdir. Statistikaya görə, 2017-ci ildə ölkə məktəblərində 346 atışma hadisəsi qeydə alınıb.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












