"SpaceX" Marsa göndərəcəyi gəminin növbəti uçuş sınağını həyata keçirib

ABŞ-ın “SpaceX” aerokosmik şirkəti gələcəkdə Mars planetinə uçmağa imkan yaradacaq “Starship” gəmisinin prototipinin növbəti sınağını həyata keçirib.
APA xəbər verir ki, bu barədə “CNBC” telekanalı məlumat yayıb.
Məlumata görə, sınaq uçuşu Texas ştatının Boka-Çika rayonundakı poliqonda baş tutub. SN6 modifikasiyalı gəmi 45,7 metr yüksəkliyə qalxıb və uçuş panelinin yaxınlığındakı asfalt meydançada səthinə eniş edib.
Bildirilir ki, bu, “Starship” gəmisinin son bir ay ərzində həyata keçirilmiş ikinci uğurlu sınağıdır, bundan əvvəlki sınaq avqustun 5-də baş tutub.
May ayında “Starship” gəmisinin digər prototipi Boka-Çika poliqonunda sınaq zamanı partlayıb. Gəminin sınaqları bu ilin aprel və fevral aylarında, eləcə də keçən ilin noyabrında da oxşar partlayışlarla sona çatıb. Avqustun əvvəlində kosmik gəminin prototipi 150 metr yüksəkliyə qalxaraq, ilk uğurlu uçuşunu reallaşdırıb.
Dəfələrlə istifadə edilə bilən “Starship” gəmisi Marsa uçuşlar üçün nəzərdə tutulub və 100 nəfər daşıya biləcək. “SpaceX” şirkətinin yaradıcısı İlon Mask avqustun 31-də öz açıqlamasında bildirib ki, kosmik gəminin yerətrafı orbitdəki ilk sınaq uçuşu 2021-ci ildə reallaşdırıla bilər.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










