Starship raketinin prototipləri hazırlanır

ABŞ-ın "SpaceX" şirkəti "Starship" raketinin Cənubi Texasda yerləşən zavodda 100 nəfərlik sərnişin tutumuna malik kiçildilmiş prototipini hazırladıqdan sonra Floridanın kosmik sahillərində istehsal və işləmələr üzrə analoji işlərə başlayıb. Şirkətin təsisçisi və baş direktoru İlon Mask bu həftə raketin eyni anda Texas və Floridada yeni versiyalarının hazırlanmasını təsdiqləyib. Avtosfer.az ICTnews-a istinadən bildirir ki, "Starship" çoxdəfəli raketi insanların Ay, Mars və kosmosun digər ucqar yerlərinə çatdırılması üçün nəzərdə tutulub. Nəqliyyat vasitəsinin çoxistifadəli "Super Heavy" raketdaşıyıcısı vasitəsilə buraxılması nəzərdə tutulur. "Starship" və "Super Heavy" raketlərində növbəti nəsil "Raptor" mühərrikindən istifadə ediləcək. "Starship" raketi 7, "Super Heavy" isə 31 belə mühərriklə təchiz ediləcək. Hazırda şirkət "Raptor" mühərrikinin dördünü hazırlayıb. Beşincisi şirkətin Kaliforniyada yerləşən mənzil-qərargahında hazırlanır. İ.Maskın "Twitter" səhifəsində verilən məlumata görə, 100-cü "Raptor" mühərriki 2020-ci ilin əvvəlində hazır olacaq.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












