Süd Yolu qalaktikasındakı qara dəliyin kütləsi müəyyənləşdirilib

Yaponiya Milli Rəsədxanasından bir qrup alim Süd Yolu qalaktikasının mərkəzində yerləşən qara dəliyin kütləsini müəyyənləşdirib. “Yomiuri” qəzetinin məlumatına görə, kosmik obyektin kütləsi Günəşin kütləsindən 30 min dəfə çoxdur. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Yaponiya alimləri ALMA radioteleskoplar kompleksinin yerləşdiyi Atakama (Çili) səhrasına gediblər. Radioteleskopların köməyilə onlar Süd Yolu qalaktikasının mərkəzində meydana gəlmiş qaz topasının təfərrüatlı analizini aparıblar. Müəyyən edilib ki, qaz topasının bir hissəsi 30 min Günəş qravitasiya kütləsinə malik məkanın ətrafında dövrə vurur. Alimlər bu sahədə işıq yayan digər obyekt aşkar edə bilməyiblər. Onların fikrincə, əldə edilən məlumat bu dövretmənin hərəkətverici qüvvəsinin məhz qara dəlik olmasına dair fərziyyəni təsdiqləyir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











