Süni intellekt “Facebook”da təhqiredici yazıların 95%-ni silir

"Facebook" sosial şəbəkəsindən bildirilib ki, platformanın süni intellekti başqa istifadəçiləri təhqir edən yazıların 95%-dən çoxunu silir. Ancaq sistem hələ ki memləri başa düşmür.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, "Facebook" şirkəti sosial şəbəkədəki təhqiredici mesajları tapıb silən və süni intellekt əsasında işləyən alqoritmin hazırlanmasına bir neçə il vaxt sərf edib. Şirkətin məlumatına görə, hazırda texnologiya canlı moderatorların müdaxiləsi olmadan belə məzmunun 95%-ni aşkar edə bilər. Ancaq digər 5%-i müəyyənləşdirmək çətindir və indi şirkət bunun üzərində çalışır.
"Facebook"dan bildirilib ki, onların süni intellekt sistemi nifrət dolu 94,7% (22,1 milyon) yazını aşkar edib və 2020-ci ilin üçüncü rübündə onların hamısı avtomatik silinib. 1 il bundan əvvəl müvafiq rübdə süni intellekt sistemi nifrət dolu yalnız 80,5% (6,9 milyon) yazı aşkar etmişdi. Şirkət, həmçinin bu rəqəmləri "Community Standards Enforcement Report" hesabatında dərc edib.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












