Süni intellektli videokamera yaradılıb

ABŞ-ın "Xnor" startapı "sonsuz" avtonom işləmə müddətinə malik süni intellekt sistemli simsiz videomüşahidə kamerasının prototipini hazırlayıb. Günəş enerjisi ilə işləyən qurğu uzun müddət təsviri yaza bilər. Süni intellekt sistemli kamera tamamilə müstəqildir: batareya və kənar enerji mənbəyi lazım deyil. Aparat bir sıra enerji-effektiv simsiz protokollar ilə (Wi-Fi protokolu enerjini sürətlə işlətdiyinə görə dəstəklənmir) uyğundur ki, bu da bir neçə kilometri əhatə edən radiusda məlumat ötürməyə imkan verir. Belə ki, məlumatların işlənməsi və təhlili qurğuda həyata keçirilir: "FPGA" mini-çipi və obyektlərin tanınması üçün güclü alqoritm bu işdə kömək edir. Təsvir 320x320 piksel ölçüsündə yazılır. Lakin bu təsvir ölçüsü süni intellektdən hərəkət detektoru kimi istifadə etmək üçün kifayətdir. "Xnor" startapının hazırlanmasının qiyməti təxminən 10 dollar təşkil edir. Amma startap, hələ ki, kütləvi istehsala hazır deyil: süni intellektli kamera tərəfindən çəkilən kadrların tezliyi qəbul olunan enerjinin həcmindən çox asılıdır. Aydın havada video 32 kb/s sürətlə yazılır, amma qurğuya böyük ölçülü fotoelement quraşdırmaqla bu məhdudiyyəti aradan qaldırmaq mümkün olacaq.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











