Supersürətli elektrotəyyarə hazırlanacaq - “Rolls-Royce”

“Rolls-Royce” və digər şirkətlərin mütəxəssisləri saatda 480 kilometr sürətlə uçacaq elektrotəyyarə hazırlayacaqlar. Avtosfer.az “ICTnews”a istinadən xəbər verir ki, texnologiya qismən Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilən “ACCEL” təşəbbüsü çərçivəsində reallaşdırılır. Mütəxəssislərin sözlərinə görə, konstruksiyada ən yüksək enerji sıxlığına malik akkumulyator batareyasından istifadə ediləcək. Akkumulyator 750 kilovatadək enerji hasil edəcək, propelleri isə “YASA” şirkətinin istehsalı olan 3 yüngül 750R elektrik mühərriki işə salacaq. Supersürətli elektrotəyyarənin ilk uçuşu 2020-ci ilə planlaşdırılır. Təyyarənin akkumulyatorunu bir dəfə enerji ilə doldurmaqla London-Paris marşrutu üzrə birbaşa uçuşu həyata keçirmək mümkün olacaq.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












