Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir

Google şirkəti "Maps" tətbiqinə yeni nəsil süni intellekt – Gemini sistemini əlavə etməyə hazırlaşır. Test versiyasında istifadəçilər artıq tətbiqin interfeysində dəyişikliklər görüblər - əvvəlki mikrofon simvolu yeni bir işarə ilə əvəzlənib. Bu o deməkdir ki, indi istifadəçilər Google Maps ilə səsli şəkildə ünsiyyət qura biləcəklər. Avtosfer.az “Baku.ws”ə istinadən xəbər verir ki, yeni funksiya sayəsində sürücülər tətbiqdən ödənişli yollardan yayınan marşrut yaratmağı, gediləcək məntəqədə havanı öyrənməyi və hətta sadəcə söhbət etməyi xahiş edə biləcəklər. Bütün bunlar toxunmadan, sadəcə səs əmrləri vasitəsilə həyata keçiriləcək. Məlumatlara görə, Gemini yalnız əmrlərə cavab verməklə kifayətlənməyəcək, həm də istifadəçinin ehtiyaclarını öncədən proqnozlaşdıra biləcək. Bu isə köhnə Google Assistant sisteminin yavaş-yavaş yeni, daha universal süni intellekt köməkçisi ilə əvəz olunacağı anlamına gəlir.
Hazırda funksiya sınaq mərhələsindədir, lakin yaxın vaxtlarda bütün istifadəçilər üçün aktivləşdiriləcəyi gözlənilir.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










