Sürücüsüz işləyən sərnişin avtobusları sınaqdan keçirilir

Yaponiyanın Qumma prefekturasında sürücüsüz işləyən sərnişin avtobuslarının real şəraitdə sınaqlarına başlanılıb. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, sürücüsüz işləyən avtobusun hərəkət marşrutu hazırda 1 kilometrdir, avtobuslar saatda 20 kilometr sürətlə hərəkət edir. Sözügedən avtobuslar lazer sensorlar, çoxlu kamera, GPS naviqator və avtomatik olaraq sürət və döngələri müəyyənləşdirən avadanlıqla təchiz edilib. Avtobus, həmçinin işıqforun vəziyyətini müəyyənləşdirir. Yaponiyanın yollarında sürücüsüz işləyən nəqliyyat vasitələrinin hərəkətini tənzimləyən qanunvericilik yoxdur. Ancaq sınaqlar zamanı avtobus sürücüsü daim öz yerindədir və yoldakı vəziyyəti izləyir, zərurət yarandıqda hər an sükan arxasına keçə bilər. Sınaqlar 2019-cu ilin martınadək davam edəcək. 2020-ci ilədək Yaponiyada sürücüsüz işləyən nəqliyyat vasitələrinin tətbiqinə başlamaq planlaşdırılır.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












