Sürücüsüz məktəbli avtobusu sınaqdan keçirilir

“Transdev” şirkəti ABŞ-ın Florida ştatının Bebkok-Renç şəhərində sürücüsüz məktəbli avtobusunu istifadəyə verib. Avtosfer.az-ın ICTnews-a istinadən məlumatına görə, avtobus məhdud ərazi üzrə hərəkət edəcək və müəyyənləşdirilmiş yerlərdə dayanacaq. Sınaq dövrü ərzində salonda təkcə uşaqlar deyil, eyni zamanda hərəkətin təhlükəsizliyini izləyəcək şirkətin mühəndisi olacaq. Məlumata görə, nəqliyyat vasitəsi texniki baxımdan saatda 48 km sürətlə hərəkət edəcək, lakin pilot layihəsində onun sürəti 13 km/saatadək məhdudlaşdırılıb. Gələcəkdə şirkət avtobusun fəaliyyət zonasını genişləndirməyi və onu istənilən evə çağırmaq məqsədilə smartfonlar üçün proqram yaratmağı planlaşdırır. Qeyd edək ki, dünyanın ilk ekoloji təmiz şəhəri olan Bebkok-Rençdə evlər ən yeni yaşıl texnologiyalardan istifadə edilməklə tikilib, restoranlar “fermadan masaya” prinsipi üzrə fəaliyyət göstərir, bütün infrastrukturu günəş enerji stansiyası təmin edir. Bundan başqa, şəhər xidmətlərinin işçiləri küçələrdə elektromobillər vasitəsilə hərəkət edirlər.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










