Sürücüsüz və uçan avtomobillər istehsal ediləcək

Cənubi Koreya hökuməti yeni tip nəqliyyat vasitələrinin hazırlanaraq tətbiqi, əvvəl nəzərdə tutulandan daha tez satışa buraxılması üçün yaxın 10 ildə 60 trilyon von – 50 milyard ABŞ dolları sərf etmək niyyətindədir. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə açıqlama verən ölkə prezidenti Mun Ce-in ilk sürücüsüz avtomobilləri 2024-cü ildə təqdim edəcəklərini, 2027-ci ildən isə satışa çıxaracaqlarını bildirib. Halbuki daha əvvəl bu cür avtomobilləri 2030-cu ildən satışa buraxmaq nəzərdə tutulurdu. Müvafiq texnologiyalar və infrastrukturun yaradılmasına da 1,85 milyard dollar ayırmaq nəzərdə tutulur.
Dövlət başçısı həmçinin 2030-cu ilədək elektrik və hidrogenium mühərrikli avtomobillərin xüsusi çəkisini indiki 2,6 faizdən üçdə birə çatdırmağı, təşviq tədbirləri olaraq da alıcılar üçün kredit məbləğini artırmağı və hidrogeniumun qiymətini ikiqat azaltmağı hədəflədiklərini bildirib. Həmçinin 2030-cu ilədək elektrik avtomobillər üçün cərəyandoldurma məntəqələrini 15 minə, hidrogeniumlu avtomobillər üçün doldurma məntəqələri də indiki 31-dən 660-a çatdırmaq nəzərdə tutulur.
Uçan avtomobillərə gəlincə, onların istismar qaydaları 2023-cü ilədək hazırlanacaq, 2025-ci ilədək də belə nəqliyyat vasitələri satışa çıxarılacaq.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











