Telefon batareyaları niyə şişir? - Mütəxəssisdən xəbərdarlıq

Sosial şəbəkələrdə videolara baxarkən tez-tez rastlaşırıq ki, batareyası şişmiş telefon partlayır.
Bəs buna səbəb nədir və niyə batareya şişərək partlayışa səbəb ola bilər?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında mütəxəssis Aqşin Abdulla bildirdi ki, batareyanın şişməsi onun ömrünün başa çatdığı deməsidir:
.jpeg)
"Batareya partlayır, çünki zədə alır. Şişmə zamanı elə hallar olur ki, batareya şişdiyi üçün korpusun içində sıxılır, hansısa bir detala ilişir və nəticədə partlayış baş verir. Amma ümumilikdə belə partlayışlar nadir hallarda müşahidə olunur. Android telefonlarda, xüsusilə köhnə, sadə modellərdə batareyalar nisbətən zəif olur. Zədələnmədən qəti şəkildə çəkinmək lazımdır, çünki litium batareyalar xüsusi plenkaya bükülüb və hər iki tərəfi bir-birindən izolyasiya olunub. Əgər batareya zədələnərsə, bu izolyasiya pozulur, iki səth birləşir və nəticədə enerji anidən boşalır. Bu, batareyanın hədsiz dərəcədə qızmasına, istilik yaratmasına və nəticədə yanmasına səbəb olur. Belə hallarda həm telefon, həm də ətraf mühit üçün təhlükə yaranır, ona görə də istifadəçilər batareyanın şişdiyi və ya deformasiyaya uğradığı hallarda cihazı dərhal söndürməli və mütəxəssisə müraciət etməlidirlər".
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











