"Tesla Roadster" Günəş ətrafında ilk dövrəni başa vurdu

Amerikalı sahibkar İlon Maska məxsus "Tesla Roadster" kosmik avtomobili Günəş ətrafında ilk uçuş dövrəsini başa çatdırıb. Avtosfer.az "ICTnews"a istinadən xəbər verir ki, "Tesla Roadster" 2018-ci ilin fevralında "Falcon Heavy" raketinin test missiyasının faydalı yükü kimi buraxılan idman elektromobilidir.
Buraxılışın məqsədi raketin faydalı yükü Mars orbitinədək buraxa bilməsini nümayiş etdirmək olub. Bu dəfə isə elektromobil Günəş ətrafında tam bir orbiti başa vurub. Qət edilən məsafənin uzunluğu təxminən 1 226 milyon kilometr təşkil edir ki, bu da avtomobilin zəmanət müddətini 21 min dəfədən çox üstələyir.
"Tesla Roadster" kosmosa hələ də kosmik avtomobilin sükanı arxasında olan skafandr geymiş manekenlə birgə göndərilib. Kosmik avtomobil 2018-ci ilin noyabrında Mars yaxınlığından keçib və indi yenidən Qırmızı planetə yaxınlaşmağa başlayıb.
Müşahidəçilər qeyd edir ki, "Tesla Roadster" yüksək sürətlə hərəkət etməkdə davam edir və onun hərəkət trayektoriyasını xüsusi sayt vasitəsilə izləmək mümkündür.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











