Təyyarə qəzalarının qarşısını almaq üçün yeni təhlükəsizlik sistemi yaradılıb

Çinli tədqiqatçılar fövqəladə hadisələr zamanı təyyarələri uçuş-enmə zolağında yumşaq şəkildə saxlaya bilən yeni təhlükəsizlik sistemi hazırlayıblar. Avtosfer.az xəbər verir ki, yenilik Çin Tikinti Materialları Akademiyası (CBMA), Çin Mülki Aviasiya Elm və Texnologiya Akademiyası və texnoloji firmanın əməkdaşlığı sayəsində ərsəyə gəlib. Tədqiqat qrupunun hazırladığı yeni material adi betona bənzəsə də, 80 faizdən çox məsaməliliyə malikdir. Materialın hər kubmetri 200 kiloqram ağırlığındadır ki, bu da adi betondan 10 dəfə azdır. CBMA-nın tədqiqat və inkişaf mühəndisi Fan Cün bildirib ki, “zefir” ləqəbli yeni material möhkəm görünsə də, zərbə zamanı əzilmə yolu ilə kinetik enerjini “udur”. Beləliklə, o, yumşaq maneə rolunu oynayır və fövqəladə enişin maksimum dərəcədə yumşaq olması üçün təyyarənin sürətini yavaşladır.
Qeyd edək ki, uçuş və eniş qəzaların tez-tez baş verdiyindən təyyarələrin təhlükəsizliyi üçün kritik mərhələ hesab olunur. Beynəlxalq Mülki Aviasiya Təşkilatı qəza risklərini azaltmaq üçün uçuş-enmə zolağından ən azı 90 metr kənarda təhlükəsizlik zonası (RESA) yaradılmasını tələb edir. RESA kimi adətən su hovuzları, ot sahələri, torpaq və ya qumdan istifadə olunur. Lakin bu cür variantlar qeyri-sabit və ekoloji cəhətdən həssasdır. Çinli tədqiqatçıların hazırladığı köpük beton isə hər hava şəraitində istifadəyə yararlıdır.
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO
Azərbaycanda fantastik qiymətə yaxtalar satışa çıxarıldı - MƏBLƏĞLƏR
22.000 kilometrlik Avropa METROSU GƏLİR: Bu ölkələrdən keçəcək











