“Toyota” şirkəti gələcəyin şəhərini inşa edəcək

Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Toyota” şirkəti ölkənin mərkəzi hissəsində gələcəyin şəhərini inşa etməyi planlaşdırır. Bu şəhərdə əsas diqqət avtomobillərə və muxtar idarəetməyə yönələcək. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, şəhərdə inşa ediləcək binalar və kommersiya obyektləri internetə çıxışı olan avtomobillərlə əlaqəli olacaq. Belə “qoşulu avtomobillər” vasitəsilə insanlar onlara məxsus elektrik məişət avadanlığını məsafədən idarə edə biləcəklər. “Toyota” şirkəti, həmçinin bu şəhərdə muxtar idarəetməyə malik avtomobillərin istənilən hava şəraitində hərəkətinə imkan yaradan yolların tikintisini etməyi də planlaşdırır. Bununla yanaşı, avtomobillərdən birgə istifadə və nəqliyyat vasitəsilə çatdırılma xidmətləri də təklif olunacaq. Həmin şəhərin “Toyota” şirkətinə məxsus, 260 min kvadratmetr əraziyə malik zavodun yerində inşa edilməsi nəzərdə tutulur.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










