Traktor yığım zavodunun tikintisi başa çatmaq üzrədir

Türkiyənin Kırıkkale şəhərində Azərbaycan-Belarus traktor yığım zavodu (Azerbaijan-Turkey Uretim Birliyi Traktor, ATUB), ilkin məlumatlara görə, sentyabrın sonlarından fəaliyyətə başlaması gözlənilir. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a zavodun həmdirektoru Murad İsmayılov məlumat verib. “İnşaat işləri 99% tamamlanıb. Paralel olaraq traktorların istehsalı üçün bir sıra məcburi icazələrin alınması üçün işlər aparılıb", - deyən M.İsmayılov.
Əvvəlcədən zavodun təntənəli açılışı iyulun sonlarına planlaşdırılmışdı. Zavodun fəaliyyətinin ilk üç ilində illik istehsal həcmi 500-dən 3 min traktora qədər artırılacaq.
Türkiyənin traktorlara illik tələbatı 70 min ədədə yaxın olduğundan ilk 1-1,5 ildə traktorlar daxili bazarı təmin etmək məqsədi ilə istehsal ediləcək, amma gələcəkdə traktorların xarici bazarlara, xüsusən də Afrika ölkələrinə tədarükü planlaşdırılır.
Minsk traktorlarının Türkiyədə yığımı uzun illərdir Minsk Traktor Zavodu ilə əməkdaşlıq edən Gəncə Avtomobil Zavodunun dəstəyi ilə təşkil ediləcək.
Bu layihəyə ilkin investisiya həcmi 17 milyon dollar təşkil edir. Pay nisbəti 50:50-dir. Gəncə Avtomobil Zavodu layihədəki payını Azərbaycan və Türkiyə investorlarından cəlb olunan vəsait hesabına yatırır.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











