Transplantasiya üçün orqanların çatdırılmasında dronlardan istifadə təhlükəsizdir

Pilotsuz uçan aparatlar transplantasiya üçün orqanların çatdırılmasında təhlükəsiz vasitədir. Pilotsuz təyyarə ilə donor böyrəyin 4,8 km məsafəyə daşınması nəticəsində orqan zərər görməyib. Bu haqda Merilend Universitetinin Tibb Mərkəzində çalışan mühəndislərin araşdırmasında deyilir. Avtosfer.az "ICTnews"a istinadən xəbər verir ki, transplantasiya üçün orqanların təcili çatdırılması – orqanın pasiyentin bədəninə uğurla nəql edilməsi üçün əsas şərtlərdən biridir. Donor orqan xəstəxanaya gec çatdırıldığı halda pasiyentin orqanizmi tərəfindən onun qəbul edilməməsi ehtimalı artır. Tədqiqatçılar dronlar vasitəsilə orqanların çatdırılmasını sınaqdan keçiriblər. Bunun üçün "DJI Matrice 600 Pro" pilotsuz təyyarəsi vasitəsilə transplantasiya üçün yararsız, ancaq işlək və sınaq üçün uyğun gələn ölmüş insanın böyrəyi daşınılıb. Dron sınaq zamanı 112 metr yüksəkliyə qalxaraq 67,7 km/saat sürətlə 4,8 km məsafə qət edib. Sınaq uğurlu alınıb. Uçuş zamanı və uçuşdan sonra toxuma biopsiyası aşkar edilməyib.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










