Türkiyə istehsalı olan elektrikli qatarların sınaqlarına başlanılıb

Türkiyə istehsalı olan elektrikli qatarların zavod sınaqlarına başlanılıb. Bununla bağlı keçirilən mərasimdə ölkənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu Türkiyə istehsalı olan elektrikli qatarların bu ilin sonunadək istifadəyə verilməsinin planlaşdırıldığını deyib. Nazir saatda 160 kilometr sürətlə hərəkət edəcək bu qatarların hər birinin beş vaqon olmaqla 324 sərnişin üçün nəzərdə tutulduğunu deyib.
Sənaye və Texnologiya naziri Mustafa Varank isə avqust ayından etibarən bu qatarların relslərdə sınaqlarına başlanacağını bildirib. Nazir, Türkiyədə dəmir yolu sisteminin inkişaf etdirilməsi istiqamətində qarşıdakı 10 il üçün bu sahəyə 15 milyard avro vəsaitin ayrıldığını, əsas məqsədin sürəti saatda 200 kilometrdən çox olan sürətli qatar sistemini yaratmaq olduğunu bildirib. (AZƏRTAC)
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












