Türkiyə PUA-larının Kanada texnologiyasına ehtiyacı varmı?

Türkiyənin ASELSAN müdafiə sənayesi şirkəti “ANKA” zərbə PUA-ları üçün yeni texnologiya hazırlayır.
“Report” xəbər verir ki, söhbət gecə-gündüz çəkiliş etmək imkanına malik olan “Cats HD” kamera sistemlərindən gedir.
Məlumata görə, hazırda “Cats HD” hazırlanma prosesindədir.
Qeyd olunub ki, hələ uçuş sınaqları 2 il öncə yekunlaşan və daha qabaqcıl xüsusiyyətləri əldə etməsi üçün üzərində işlər aparılan kamera sistemləri yaxın zamanda Türkiyə istehsalı PUA-larda öz əksini tapacaq.
Beləliklə, Türkiyə texnologiya sahəsində daha bir xarici asılılıq amilini ortadan qaldıracaq.
Xatırladaq ki, ötən gün Kanadanın Xarici İşlər naziri Fransua-Filipp Şampan Türkiyəyə hərbi texnologiyanın ixracına icazəni dayandırmışdı. Bildirilib ki, buna səbəb həmin texnologiyanın Dağlıq Qarabağ münaqişəsində istifadəsi olub. Xarici KİV-də gedən məlumata görə, söhbət Türkiyənin zərbə PUA-larında istifadə olunan Kanadanın “Wescam” şirkətinin kamera sistemlərindən gedir.
Türkiyə Xarici İşlər Nazirliyi Kanadanın bu qərarına belə cavab verib:
“Ölkəmizə bəzi hərbi avadanlığın ixracının dayandırması Azərbaycanın 30 ildir Ermənistanın işğalı altında olan torpaqlarını azad etmək üçün haqlı mübarizəsinə Kanadanın göstərdiyi ikili standart yanaşmasının nümunəsidir”.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












