Türkiyənin zərbə PUA-ları dünyada populyarlıq qazanır

Serbiyanın prezidenti Aleksandr Vuçiç Türkiyənin pilotsuz uçuş aparatları (PUA) ilə maraqlandığını bildirib.
“Report” xəbər verir ki, bu barədə məlumatı “Anadolu” yayıb.
Bildirilib ki, A.Vuçiç paytaxt Belqraddakı Serbiya Sarayında jurnalistlərin suallarını cavablandırarkən Türkiyənin “Bayraqdar” PUA-sını tərifləyib. Dövlət başçısı onları gələcəkdə almaq niyyətinin olduğunu bildirib: “Türkiyə tərəfi ilə razılaşıb-razılaşmayacağımızı görəcəyik. Nə olursa-olsun, burada sözügedən PUA olduqca yaxşıdır. Türkiyə istehsalçıların haqqını vermək lazımdır”.
“Biz heç kimi təhdid etmirik, heç kəsə hücum etmirik. Ancaq bir sürprizlə qarşılaşmamaq üçün daim hazır olmalıyıq. Bu çərçivədə lazımi addımları atırıq”, - o vurğulayıb.
A.Vuçiç həmçinin PUA-ların bahalı, lakin ağıllı yatırım olduğuna da diqqət çəkib.
Qeyd edək ki, Türkiyənin pilotsuz uçuş aparatı ilə maraqlanan bir başqa ölkə də Ukraynadır. Belə ki, Şərqi Avropa ölkəsi 48 ədəd “Bayraqdar TB2” zərbə PUA-sı almaq niyyətindədir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











