Uçan robot kuryerlər sınaqdan keçiriləcək

“Google” ilə yanaşı, “Alphabet” şirkətinin tərkibinə daxil olan “Wing” şirkəti Finlandiyada sürücüsüz idarə olunan təyyarələrin köməyi ilə məhsulların çatdırılması xidmətini istifadəyə verib. Yeni xidmət sınaq rejimində 2019-cu ilin yazında Helsinkinin bəzi rayonlarında əlçatan olacaq. Avtosfer.az “ICTnews”a istinadən məlumat verir ki, mobil proqram vasitəsilə robot kuryeri çağırmaq mümkün olacaq. “Wing” şirkətinin müştəriləri çəkisi 1,5 kq-dək bağlamanı 10 kilometrədək məsafəyə göndərə biləcəklər. Dron insanı yaralamamaq üçün təhlükəsizlik baxımından yerə enmir: sifariş tilov ipi vasitəsilə qaldırılır və endirilir. Finlandiya “Wing” şirkəti üçün Avropada ilk bazar olub. Bundan əvvəl şirkət yalnız Avstraliyada sınaqlar keçirib: orada robot kuryerlər dərman, yemək, qəhvə və lazımi predmetləri çatdırmaqla təxminən 55 min dəfə uçuş həyata keçirib.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











