Uçan taksilər istifadəyə veriləcək

2024-cü il Paris Yay Olimpiya Oyunlarına hazırlaşan təşkilatçıların həll edəcəyi əsas problemlərdən biri qonaqların daşınması ilə bağlıdır. Belə ki, hazırda Şarl de Qol aeroportuna gələn sərnişinlər hava limanından şəhərə avtobus və ya qatarla çatmaq üçün təxminən 3 saat sərf edirlər. Avtosfer.az "ICTnews"a istinadən xəbər verir ki, bu problemin aradan qaldırılması üçün 2024-cü ilədək aeroport və Parisin mərkəzi arasında hərəkət edəcək uçan taksilərin istifadəyə verilməsi nəzərdə tutulur.
Onların planına görə, hava nəqliyyatı hər 6 dəqiqədə bir dəfə reyslər yerinə yetirəcək.
Parisin hava taksisi roluna əsas namizəd kimi yazda "Airbus" şirkətinin təqdim etdiyi "CityAirbus" aparatı göstərilir. 30 kilometr məsafəyə 120 km/saat sürətlə uça bilən aparatın sərnişin tutumu 4 nəfər təşkil edir. Onun pilotsuz uçuş funksiyası ilə təchiz edilməsi planlaşdırılır.
Bu ilin sonunadək Şarl de Qol aeroportu hava taksiləri terminalının yerləşəcəyi yeri müəyyənləşdirəcək. Sonra 18 ay ərzində ilk uçuş sınaqlarının keçirilməsi nəzərdə tutulur. Əvvəlcə bu məqsədlə mövcud vertolyot hava dəhlizindən istifadə ediləcək. Beləliklə, Paris uçan şəhər nəqliyyatının istifadəyə veriləcəyi ilk meqapolislərdən ola bilər.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











