Udmurtiya Azərbaycanla birgə PUA istehsal etmək istəyir

Udmurtiya Azərbaycanda Pilotsuz Uçan Aparatlarının (PUA) birgə istehsalını təşkil etməyi təklif edir. Avtosfer.az bildirir ki, bu barədə Trend-ə Udmurtiya Respublikasının hökumət sədrinin birinci müavini Aleksandr Svinin bildirib. Onun sözlərinə görə, birgə istehsaldan başqa, Udmurtiya həmçinin ölkəmizə PUA-ları tədarük etməyə də hazırdır. Bu gün Udmurtiyada 13 PUA istehsalçısı fəaliyyət göstərir. Bu il daha bir müəssisə istehsala başlayacaq. Dünyada bütün PUA istehsalının təxminən iki faizi respublikanın üzərinə düşür. Svinin həmçinin bildirib ki, Udmurtiya neft-qaz sənayesi üçün məhsullar, ərzaq məhsulları, mebel və IT-avadanlığını Azərbaycana tədarük və yaxud birgə istehsal etməkdə maraqlıdır: "Hər şey qarşılıqlı maraqdan asılıdır. Ancaq biz, məsələn, İT-avdanlığını sadəcə Azərbaycana tədarük etsək, ölkədə qərarları tətbiq edəcək və avadanlığa xidmət göstərəcək insanlar olmalıdır". Ümumilikdə, sədr müavini Udmurtiya sahibkarlarının Azərbaycanda işləməyə çox yüksək maraq göstərdiklərini qeyd edib: "Ötən il biz əməkdaşlıq üçün beş prioritet ölkə seçdik. Azərbaycan onların sırasında idi. Biz qərarımızı biznes sorğusu əsasında verdik. Sahibkarlar bizə prioritet hesab etdikləri istiqamətləri göstərdilər". Svinin bildirib ki, Udmurtiya artıq Azərbaycana maşınqayırma, kənd təsərrüfatı, meşə sənayesi məhsulları və mebel tədarük edir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











