Ulduz doğulur: dünyanın ən böyük aeroportu – FOTO

Bu il Çində dünyanın ən böyük beynəlxalq aeroportu – Pekinin Dasin hava limanı açılacaq. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, aeroportun binasını nüfuzlu memar Zaha Hadid layihələndirib. Nəhəng kompleksdə 80-ə yaxın çıxış olsa da, terminalın özünəməxsus forması hesabına, onun mərkəzindən uçuş-eniş zolağına aparan istənilən çıxışa bir neçə dəqiqə ərzində çatmaq olacaq.
Rekord ölçüdə olan aeroport Pekinin Dasin rayonunda inşa olunur. Aviaqovşaq Pekinin mərkəzindən 46 kilometr aralıda yerləşir. Aeroportun iri nəqliyyat qovşağına çevriləcəyi bildirilir. Hava limanında aviaterminaldan başqa dəmiryolu xətlərinin qovşağı da olacaq və aeroportuna altında yerləşəcək.
Dasində yeddi uçuş-eniş zolağı var. Gündəlik olaraq 620 min reysi qəbul edib-göndərə bilər. Aeroport təxminən 50 kvadrat kilometr sahəni tutur. Onun inşası üçün hökumət bir neçə yaşayış məntəqəsini sökmək və əhalinin başqa rayonlara köçürmək məcburiyyətində olub.
Binanın dizaynında yumşaq xətlər əslən iraqlı britaniyalı memar Zahi Hadidin “vizit kartı” sayılır.
Ötüb keçən yüksək sürətli təyyarələrin uçuşu zamanı kompleks “çiçəyinin” vibrasiya etməməsi üçün mindən çox dempferdən istifadə olunub. Təyyarələr rahatlıqla bina üzərindən 300 km/saat sürətlə uça bilərlər; terminalda olan sərnişinlər bundan heç nə hiss etməyəcək.
Aeroportun nəhəng “hörümçək toru” artıq hazırdır. Pekin Dasin tamamilə baryersiz olacaq. 2022-ci ildə XIII Qış Paralimpiya Oyunlarının iştirakçılarını qarşılayacaq.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











