“Volvo” elektrik yolları tikəcək

“Volvo” şirkəti İsveçin qərbində elektrik yolları tikəcək. Bu məqsədlə “Volvo”, “Alstom” və NCC şirkətlərinin daxil olduğu şirkətlər qrupu "Väst Svenska Elvägar" (Qərbi İsveçin elektrik yolları) konsorsiumunu yaradıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, həmin layihə hazırlanıb və baxılması üçün İsveç Nəqliyyat İdarəsinə təqdim edilib. Layihəyə görə, elektrik nəqliyyat vasitələri sahəsində təcrübəyə malik “Volvo Group”, elektrik avadanlığı və tramvayların hərəkətində istifadə edilən avadanlıq istehsalı üzrə ixtisaslaşmış Fransanın “Alstom” şirkəti və elektrik yollarının tikintisi üçün metodlar hazırlayan NCC konserni bu işə öz töhfəsini verəcək. Yeni konsorsiuma 20-yə yaxın özəl və dövlət şirkəti, tərəfdaş qismində bələdiyyələr və bu texnologiyalara maraq göstərən akademik müəssisələr daxildir. “Volvo Group”un baş texniki direktoru Lars Stenkvist deyib: “Hazırda “Volvo Group” şəhər yollarında hərəkət etmək üçün elektrik mühərrikli avtobus və yük maşınları təklif edir. Elektrik yolları atmosferə zərərli qazlar buraxmadan uzaq məsafəyə yükdaşımalarının öhdəsindən gəlmək üçün bir vasitə ola bilər”.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











