“Volvo Vera”: yeni konsepsiyası - FOTO

İsveçin “Volvo” avtomobil şirkəti yükdaşımaların gələcəyi ilə bağlı konsepsiyasını təqdim edib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, şirkətin avtobus və yük avtomobillərinin istehsalı ilə məşğul olan bölməsi “Vera” adlanan yeni konseptual nəqliyyat platformasını ictimaiyyətlə paylaşıb. Yeni yanaşmanın əsas ideyası tamamilə elektrik mühərrikləri ilə işləyən xüsusi özüidarəolunan modulların qoşqu qismində istifadə edilməsidir. Bu cür modulların özəlliyi ondadır ki, onlarda ənənəvi kabinə olmayacaq və maşının əllə idarə edilməsi nəzərdə tutulmur. Avtomobilin qoşquları mürəkkəb müstəqil idarəetmə sistemləri ilə təchiz olunmalıdır. Sistemlər elə düşünülüb ki, maşının mövcud vəziyyətini dəqiqliklə müəyyən etmək, yol hərəkətinin digər iştirakçılarının mövqeyini təfərrüatı ilə izləmək və təhlilini aparmaq, habelə hər hansı situasiyaya xətasız reaksiya vermək mümkün olsun. Qoşqular müasir texnologiyalar vasitəsilə “bulud” xidmətinə və nəqliyyatı idarəetmə mərkəzinə qoşulmalıdır. Sistem mövcud reysin fasiləsiz monitorinqini apara və hər bir nəqliyyat vasitəsinin vəziyyətini, akkumulyatorların gücünü, yükün tərkibini, istismar tələblərini və digər parametrləri dəqiq müəyyən edə biləcək. Bundan başqa, qoşqular indiki analoqları ilə uyğunlaşdırılacaq. Maşınlar isə daha az gurultusu və atmosferə zərərli maddələr buraxmaması ilə fərqlənəcək. Beləliklə, şirkətlərin daha az məsrəflə daha çox səmərəli yükdaşımanı həyata keçirmələri gözlənilir.

İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











