“WhatsApp”ınıza gələn “700 AZN pulsuz bonus qazan” mesajı tələdir

Son günlər "fişinq" kampaniyalarının artdığı müşahidə olunur.
Elektron Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, kiberdələduzlar bu dəfə istifadəçilərə "WhatsApp" üzərindən "700 AZN pulsuz bonus qazan" başlığı ilə "spam" mesajlar göndərir.
Cavab mesajında "GO" yazaraq keçidə daxil olunması istənilir. Keçidə daxil olan istifadəçi zərərli saytlara yönləndirilir. Bonusu əldə etmək üçün istifadəçidən ad, soyad, cinsi, ünvanı, mobil nömrəsi kimi fərdi məlumatlarını daxil edərək saytda qeydiyyatdan keçməsi tələb olunur. Bundan sonra istifadəçi başqa bir səhifəyə yönləndirilir və ondan kart hesabının məlumatlarını daxil edərək depozit yatırması istənilir.
Məlumdur ki, bu məlumatları daxil edən istifadəçinin hesabından vəsaitlər silinir. Ələ keçirilən fərdi məlumatlar isə kiberdələduzlar tərəfindən növbəti bədniyyətli əməllərin həyata keçirilməsində istifadə olunur.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları belə keçidlərə daxil olmamağa, fərdi məlumatlarını, xüsusilə kart hesablarını təqdim etməməyə çağırır. Bu kimi saytların məqsədi istifadəçiləri "tələyə" salaraq maddi vəsait ələ keçirməkdir.
Belə mesajlar alan istifadəçilərdən xahiş olunur ki, onlara cavab verməsinlər, keçidlərə daxil olmasınlar və ''Report spam (Şikayət et)'' seçimini etməklə mesajı ''spam'' olaraq şikayət etsinlər.
Həmçinin hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etmək olar.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











