“Xiaomi” smartfonu dünyada ən güclü prosessorla təchiz ediləcək

Yeni "Snapdragon 888" prosessoru ilə təchiz ediləcək ilk smartfon qabaqcıl "Xiaomi" modeli olacaq. Bu barədə "GizmoChina" nəşrinin şirkətin baş direktoru Ley Tszyuna istinadən məlumatında deyilir.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, qabaqcıl "Android" smartfonları üçün dünyada ən güclüsü hesab edilən yeni prosessor "Snapdragon Summit 2020" konfransında təqdim edilib. Konfrans başa çatdıqdan sonra şirkətin baş direktoru "Weibo" sosial şəbəkəsində məlumat dərc edərək "Xiaomi Mi 11" smartfonunun bazarda ilk dəfə yeni çiplə təchiz ediləcəyini açıqlayıb.
Jurnalistlər qeyd edib ki, "Xiaomi" şirkəti, həmçinin "Snapdragon 888" əsasında gələcək qurğunun dəqiq adını açıqlayan ilk smartfon istehsalçısıdır. Prosessorun təqdimatında ümumilikdə qurğuları aktual prosessorla təchiz ediləcək 11 şirkətin adı açıqlanıb. "Xiaomi" və onun "Black Shark" törəmə brendi ilə yanaşı, "Snapdragon 888" əsasında qabaqcıl modellər "ASUS", "Lenovo", "LG", "Meizu", "Motorola", "Nubia", "Realme", "OnePlus", "OPPO", "Sharp", "Vivo" və "ZTE" tərəfindən buraxılacaq. "Samsung" bu siyahıda yer almayıb - müəlliflərin fikrincə, şirkət bütün qurğularını ya "Exynos" prosessoruna keçirəcək, ya da digər "Snapdragon" versiyası ilə təchiz edəcək.
Konfransda təqdim edilən çip "Snapdragon 865" prosessorunu əvəz edəcək. O, üçüncü nəsil "Qualcomm Snapdragon X60 5G" modeminə malikdir, "5G" şəbəkələrində "mmWave" və "sub-6" standartlarında işi, 144 giqahers yeniləmə tezliyində ekranları və eyni anda bir neçə SİM kartın işləməsini dəstəkləyir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











