Yapon kosmik gəmisi asteroidin səthinə iki robot-tədqiqatçı yerləşdirəcək

Yaponiya Kosmos Agentliyi asteroidin səthinə robot-tədqiqatçı yerləşdirməyə hazırlaşır. Avtosfer.az BBC-yə istinadən xəbər verir ki, sentyabrın 21-də “Hayabusa-2” kosmik gəmisi kosmos tarixində ilk dəfə “Ryuqu” asteroidinin 1 kilometrlik səthinə iki robot-tədqiqatçı göndərəcək. “Rover 1A” və “Rover 1B” adlanan robotlar aşağı qravitasiya şəraitində asteroidin səthinin fotoşəkilini çəkəcək və temperaturu ölçəcək. “Hayabusa-2” üç ildən çox uçuşdan sonra iyun ayında “Ryuqu” asteroidinə yaxınlaşıb. Primitiv göy cismi sayılan “Ryuqu” asteroidi Günəş sisteminin yaranması ilə meydana gəlib. Onun öyrənilməsi bizim planetin yaranmasına və təkamülünə işıq salmağa kömək edəcək. Tədqiqatı aparacaq robotlar 3,3 kiloqramlıq qutular formasındadır. “Hayabusa-2” bu qutuları asteroiddən 60 metr məsafəyə göndərəcək. Yaponiya Kosmos Agentliyi rəsmilərinin sözlərinə görə, robotların daxilində yerləşdirilmiş kiçik mühərrik sayəsində asteroidin səthində hərəkət etmək mümkün olacaq. Ən müasir texnologiyalara uyğun quraşdırılmış videokameralar və temperaturu ölçən cihazlar isə tədqiqatın nəticələrini Yerə göndərəcək.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











