Yaponiya 6G texnologiyasında liderliyi ələ almaq istəyir
Yaponiya hökuməti ölkədə rəqəmli texnologiyaların inkişafına, o cümlədən altıncı nəsil mobil rabitə sistemləri (6G) sahəsində liderlik əldə etmək məqsədi ilə 1 trilyon yendən (təqribən 9,6 milyard ABŞ dolları) çox vəsait ayırmağı planlaşdırır.
TED.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş Naziri Yosihide Suqa mətbuat konfransında bildirib.
Baş nazirin sözlərinə görə, bu vəsaitlər həmçinin onlayn təqdim olunan dövlət xidmətlərinin siyahısını genişləndirmək, müxtəlif kartlar üçün bal sistemini inkişaf etdirmək, habelə beşinci və altıncı nəsil mobil rabitə sistemlərini tanıtmaq və inkişaf etdirmək üçün istifadə ediləcək.
Qeyd edək ki, bu ildən Yaponiyada Rəqəmli İslahatlar naziri vəzifəsi yaranıb, onu Baş Nazir avqustda hökuməti qurarkən təsis edib. Bir ay sonra Yaponiyanın Nikkei nəşri 2021-ci ilin payızına qədər ölkədə əsas vəzifəsi müəyyən inzibati prosedurların rəqəmliləşdirilməsi olacaq Rəqəmli İslahatlar Nazirliyinin yaradılacağını bildirib.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












