Yaponiya avtomatlaşdırılmış avtobus xidmətinə keçməyə hazırlaşır

Tokionun yaxınlığında yerləşən Sakai şəhərində tezliklə ödənişsiz və avtomatlaşdırılmış avtobus marşrutu fəaliyyətə başlayacaq. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, həmin avtobus hərəkət zamanı xəstəxana, məktəb və digər bu qəbildən olan obyektləri birləşdirəcək. Yaponiyada əhalinin sürətlə qocalması xüsusən kiçik yaşayış məntəqələrində nəqliyyatın hərəkətinin təşkilində problemlər yaradır. Bunu nəzərə alan İbaraki prefekturasının Sakai şəhər administrasiyası “SB Drive” şirkəti ilə birlikdə belə bir sistemin tətbiq edilməsi barədə qərar qəbul edib. Ümumi tutumu 11 nəfər üçün nəzərdə tutulan həmin avtobusların apreldən hərəkətə başlaması və şəhər daxilində 5 kilometr uzunluqda dairəvi yol boyunca hərəkət etməsi nəzərdə tutulur.
Qeyd edək ki, sürücü oturacağının və rolun olmadığı həmin avtobuslar məsafədən idarə ediləcək. Bununla yanaşı, avtobuslarda hərəkəti izləyən və fövqəladə vəziyyət yaranacağı təqdirdə idarəetməni öz üzərinə götürən nəzarətçi də olacaq.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA











