Yaponiya Britaniyada “5G” şəbəkəsini quracaq

Böyük Britaniya hökuməti Çin texnologiyalarından istifadədən imtina etdikdən sonra ölkədə beşinci nəsil mobil rabitə şəbəkəsinin (“5G”) yaradılmasına kömək üçün Yaponiyaya müraciət edib. Böyük Britaniyada yeni nəsil mobil rabitə şəbəkəsinin yaradılmasında Çin istehsalçısını Yaponiyanın “NEC” və “Fujitsu” şirkətləri əvəz edə bilər. Hazırda iki Yaponiya şirkəti “5G” baza stansiyaları bazarında 1 faizlik paya sahibdir. Lakin Böyük Britaniya ilə əməkdaşlığın onlara dünya səviyyəsinə çıxmağa kömək edəcəyi gözlənilir. Dünya “5G” bazarının təxminən 80 faizinə “Huawei”, “Ericsson” və “Nokia” şirkətləri nəzarət edir.
Bildirilir ki, iyulun 14-də Böyük Britaniya hökuməti “Huawei” şirkətinə ölkə ərazisində “5G” şəbəkələrinin inkişafı ilə məşğul olmasının qadağan edilməsi ilə bağlı qərar qəbul edib. Yerli şirkətlərə 2021-ci ildən etibarən indiyədək əsas tədarükçü qismində çıxış edən Çin şirkətindən avadanlıq almaq qadağan olunacaq.
Qərar üçün əsas kimi “5G” şəbəkəsi istifadəçilərinin fərdi məlumatlarının Çinin xüsusi xidmət orqanlarına ötürülmə ehtimalı göstərilir. Ötən il ABŞ tərəfindən analoji ittihamlar “Huawei” şirkəti üçün sanksiyalara və onunla Birləşmiş Ştatlar korporasiyalarının əməkdaşlığının qadağan edilməsi ilə nəticələnib. (AZƏRTAC )
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











