Yaponiya son 50 ildə ilk sərnişin təyyarəsini bazara çıxarmağa hazırlaşır

ABŞ-da Yaponiyanın "Mitsubishi Regional Jet" (MRJ) yaxın məsafəli sərnişin təyyarəsinin 2020-ci ilə planlaşdırılan satışı ərəfəsində sınaqlarına başlanılıb.
Avtosfer.az Azərtac-a istinadən bildirir ki, sınaqlar Yaponiyanın "Mitsubishi Aircraft" şirkətinin Vaşinqton ştatında yerləşən bazasında keçirilir. Təyyarənin mühərrikinin və digər sistemlərinin müxtəlif rejimlərdə yoxlanılması aparılır. İl ərzində daha iki "MRJ" təyyarəsinin sınaqlar üçün ABŞ-a gətiriləcəyi bildirilir.
Qeyd edilir ki, laynerin sertifikatlaşdırılması prosesinə gələn il yekun vurulacaq. Məhz bundan sonra təyyarənin sifarişçilərə çatdırılmasına başlanacağı gözlənilir.
"MRJ" son 50 ildən çox müddət ərzində yaponlar tərəfindən hazırlanan ilk sərnişin təyyarəsi olacaq. Onun uçuş məsafəsinin 1,5 min kilometrdən 3,5 min kilometrədək təşkil edəcəyi bildirilir. Həmçinin bu təyyarələr modelindən asılı olaraq göyərtəsinə 90-dək sərnişin qəbul edəcək.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











