Yaponiyanın "Hayabusa-2" kosmik zondu Ryuqu asteroidinə enib

Fevralın 22-də Yaponiyanın "Hayabusa-2" kosmik zondu uğurla Ryuqu asteroidinin səthinə enib. Avtosfer.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yaponiyanın Kosmik Məkanın Tədqiqi Agentliyi (JAXA) məlumat yayıb. Bildirilir ki, kosmik zond asteroidin səthinə Yaponiya vaxtı ilə səhər saat 7:45 dəqiqədə enib. Qeyd edilir ki, aşağı hissəsində təqribən bir metr uzunluqda xüsusi qurğuya malik olan "Hayabusa-2" zondu asteroidin üzərindən nümunələr götürəcək. Həmin qurğu zond tərəfindən atəş açılan zaman uçan daş parçalarını tutmaq üçün layihələndirilib.
JAXA-nın məlumatına görə, zonddan daxil olan informasiyalar atəşin planauyğun şəkildə aparıldığını təsdiq edir.
"Hayabusa-2" kosmik zondunun əməliyyat qurtardıqdan sonra 20 min metr yüksəkliyə qalxacağı və asteroidlə növbəti əlaqəyə hazırlaşacağı bildirilir.
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...












