Yaponiyanın “Hayabuşa-2” zondu Ryuqu asteroidinə missiyasını uğurla yerinə yetirib

Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyinə (JAXA) görə, "Hayabuşa-2” kosmik zondu çox güman ki, Ryuqu asteroidinə missiyasını uğurla yerinə yetirərək asteroidin daxili quruluşunu öyrənmək üçün onun səthində krater yaradıb. Zond martın 5-də yerli vaxtla saat 11:00-da asteroidin səthinə "impaktor” qurğusu buraxıb. Bundan 40 dəqiqə sonra "impaktor” süni krater yaratmaq və xüsusi metal obyekti saniyədə 2 kilometr sürətlə asteroidin daxilinə yerləşdirmək üçün partlayış törədib. "Hayabuşa-2” zondundan ayrılan kiçik kamera partlayışdan sonra ayrılan süxur parçalarının görüntüsünü lentə alıb. Həmin daş parçalarının krater yaranan zaman formalaşan "dalğa” şəklində olduğu bildirilir. Bu isə o deməkdir ki, həmin qurğu asteroidi deşmək vəzifəsini uğurla yerinə yetirib. JAXA bundan sonra zondu kraterin üzərinə yönəltməyi və aprelin sonunadək kraterin daxili quruluşunu dəqiqləşdirməyi planlaşdırır. (AZƏRTAC)
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...












