Yaponlar tərcüməçi-maska hazırladılar - FOTO
Texnologiya
5 Avqust 2020 11:31

Yaponiyalı alimlər koronavirus pandemiyası zamanı təlabata çevrilən və eyni zamanda dəbli aksesuar olan tibbi maska hazırlayıblar.
CNN xəbər verir ki, “Donut Robotics” şirkətinin mütəxəssisləri “ağıllı maska” yaradıblar.
İnternetə qoşulan zaman o, mesajı yapon dilindən səkkiz fərqli dilə çevirə bilir.
Sözügedən maska hava qəbul ediciliyinə görə koronavirusdan qorumur. Amma onu qoruyucu maskanın üstündən taxmaq olar.
“Ağıllı maska”nı istifadə etməyə başlamazdan əvvəl onu “Bluetooth” vasitəsilə mobil telefon və ya planşetinizə bağlamalısınız. İnsan danışmağa başlayanda üz əzələlərinin hərəkətləri cihaz tərəfindən oxunur və yapon dilindən Çin, Koreya, İngilis, Vyetnam, İndoneziya, İspan və Fransız dillərinə tərcümə edir.
Maskada quraşdırılmış mikrofon var və sözlər avtomatik olaraq telefonun mətn rejimində əks olunur. Bundan əlavə, yeni maska koronavirus pandemiyası zamanı çox ehtiyac duyulan sosial məsafəni qorumağa kömək edəcək.
Cihazın əvvəlcə beynəlxalq hava limanlarında robot təlimatlarında istifadə edilməsi nəzərdə tutulmuşdu. Lakin pandemiya başlayanda və hava limanları işini dayandırdıqda, bu məsələ təxirə salındı.
İlk maskanı hazırlamaq üçün bir aya yaxın vaxt lazım olub. Lazımi vəsait (265 000 ABŞ dolları) “crowdfunding” platformasında toplanıb. Bu, sentyabr ayında Asiyada 50 dollara satışa başlayacaq təxminən 5000 “ağıllı maska” üçün kifayət edəcək məbləğdir.
Bundan sonra məhsulun Avropa və Amerikada satışları planlaşdırılır.
Oxunub : 1482
DİGƏR XƏBƏRLƏR
16 Oktyabr 2026 18:15
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
30 Sentyabr 2026 19:39
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
21 Sentyabr 2026 13:18
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
20 Sentyabr 2026 17:53
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
9 Sentyabr 2026 22:14
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
3 Sentyabr 2026 20:30
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
24 İyul 2026 17:39
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
21 İyun 2026 09:42
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
18 İyun 2026 12:30
Qəbul imtahanına görə “Telegram” bloklandı
14 İyun 2026 18:10
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
31 May 2026 15:28
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
28 Aprel 2026 23:24
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
ŞƏRH YAZ












