Yaponlardan tənha insanlar üçün “sevgi robotu” - FOTO

Yaponiyada bir "start-up" şirkəti yeni robot istehsal edib. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, tənhalıqdan əziyyət çəkənlər üçün istehsal edilən "sevgi robotu" təqdim edilib və sifarişlərin ardı-arası kəsilmir. "Groove X" şirkətinin pinqvinə bənzəyən robotunun adı ingilis dilində sevgi mənasına gələn "love" və "robot" sözlərinin birləşməsindən yaranan "Lovot" olduğu açıqlanıb. Süni intellekt texnologiyası ilə təchiz edilən robot təkərləri sayəsində hərəkət edir, çağıranda və qucaqlayanda reaksiya verir, qucaqlayıb sığallayanda isə yuxuya gedir.
"Lovot" dostluqdan əlavə üzərindəki kameranın köməyi ilə evə nəzarət imkanı da təmin edir. Şirkətin qurucusu Kaname Hayaşi günümüzdə robot texnologiyalarının və süni intellektin insanların gündəlik həyatını asanlaşdırmaq üçün ev işləri də daxil olmaqla bir çox işləri həyata keçirdiyini, "Lovot"un isə sevgi ehtiyacını qarşıladığını açıqlayıb. İlk sifariş 2019-cu ildə təhvil veriləcək və satış qiyməti 3100 dollar olacaq.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











