Yaradılan yeni texnologiya dələduzların ifşa olunmasına kömək edir

Çexiyanın Brno Texniki Universitetinin mütəxəssisləri ilə “Phonexia” şirkətinin müştərək hazırladığı yeni sistem hələ tam yekunlaşdırılmasa da, artıq banklar, Çağrı mərkəzləri, polis və təhlükəsizlik qurumları tərəfindən istifadə olunmağa başlayıb. Avtosfer.az xəbər verir ki, yeni texnologiya son illər sürətlə yayılan səs dipfeyklərini, yəni süni şəkildə yaradılmış insan danışığını yüksək dəqiqliklə müəyyənləşdirməyə imkan verir. Nümayiş zamanı kompüterdə uşaq səsi ilə kömək istəyən bir qadının sözləri səsləndirilir. “Phonexia” nümayəndəsi İvana Tıralova bildirir ki, bu, real danışığı imitasiya edən süni səs nümunəsidir. O deyir ki, proqram iki audiofaylı müqayisə edərək hansının orijinal, hansının isə sintetik olduğunu avtomatik şəkildə qiymətləndirir: ekranda yaşıl sahəyə düşən qeyd həqiqi səs, qırmızıya keçən isə şübhəli mənbə kimi işarələnir.
Sistemin mərkəzində genişhəcmli neyron şəbəkə dayanır. Brno Texniki Universitetinin İnformasiya texnologiyaları fakültəsinin əməkdaşı Kamil Malinka izah edir ki, bu şəbəkə minlərlə real və süni səs nümunəsi üzərində “öyrədilib”.
O, prosesin iş prinsipini belə təsvir edir:
“Sanki böyük bir qutuya milyonlarla nümunə atırsınız. Maşın isə onların arasındakı xırda fərqləri özü müəyyənləşdirərək ehtimal əsasında nəticə çıxarır”.
Malinka və həmkarları xəbərdarlıq edir ki, müasir alqoritmlər real insan danışığını demək olar ki, tam təqlid edə bilir. Buna görə də şübhəli zənglər zamanı sadəcə səsə etibar etmək olmaz. Mütəxəssis məsləhət görür ki, danışanı tanımaq üçün əlavə təsdiq sualı vermək lazımdır. Məsələn, yalnız həmin şəxsin biləcəyi kiçik bir “sirri” soruşmaqla.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO








