Yeni sərnişin gəmimiz suya buraxıldı

Xəzər hövzəsində ən müasir və qabaqcıl sənaye müəssisəsi olan Bakı Gəmiqayırma zavodunda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sifarişi ilə tikilən 3 sərnişin gəmisindən birincisi suya buraxılıb. Avtosfer.az QSC-yə istinadən məlumat verir ki, “Üfüq” adı verilmiş sərnişin gəmisinin suya salınmasını unikal əməliyyat kimi də qiymətləndirmək olar. Stapeldə inşa olunmuş gəmi əvvəlcə ağır texnikanın köməyi ilə üzən doka gətirilib və kilbloklar üzərinə qoyulub. Sonra dok suya dalaraq, gəminin kilbloklardan qalxmasını və suyun üzündə qalmasını təmin edib. Uğurla keçən əməliyyat zamanı “Üfüq” gəmisi zavodun yedək gəmisinin yardımı ilə körpüyə yan alıb.
Bundan sonra yeni gəmidə tamamlama və avadanlığın quraşdırılması işləri aparılacaq. “Üfüq” körpüdə və dənizdə sınaqlardan keçərək, dekabrda sifarişçiyə təhvil veriləcək.
Xatırladaq ki, digər iki gəminin gələn il hazır olacağı planlaşdırılır. Gəmilərin gövdəsi polad, üst tikililəri isə alüminium materialdan hazırlanır. Yüngül materialların tətbiqi, hərəsinin gücü 1895 kVt olan 2 baş mühərrikin qoyulması sərnişin gəmilərinə saatda 40 kilometrə yaxın sürət yığmağa imkan verəcək. Bu, mövcud gəmilərimizlə müqayisədə 2 dəfə çoxdur.
Yeni gəmilər 10 tona qədər göyərtə yükü də götürə biləcəklər. Beləliklə, neftçilərin və yüklərin dəniz platformalarına daha tez və daha rahat çatdırılması təmin ediləcək.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











