Yerdənkənar həyatın axtarışı üçün atom tunel zondu yaradılıb

ABŞ mütəxəssisləri yerdənkənar həyat və ya onun əlamətlərinin axtarışı üçün Yupiter peykinin səthində qazma işləri aparacaq tunel zondu yaradıblar. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, Avropanın (Yupiterin peyki) müşahidələrinin nəticələri mikroskopik həyata malik olan səthaltı maye okeanın mövcudluğunu göstərib. Buz qatının qalınlığı 2-30 km təşkil edə bilər. Alimlərin fikrincə, biosiqnaturaların olduğu sahələrə çıxış əldə etmək üçün istənilən enmə aparatı bu maneəni dəf etməli olacaq. İllinoys Universitetinin (Çikaqo) tədqiqatçıları nüvə enerjisi ilə işləyən atom tunel zondu ərsəyə gətiriblər. Aparat Avropanın buz qatının içindən keçərək buzaltı okeanın səthinə çatmaqla ora həyat və ya onun əlamətlərinin axtarışı üçün istifadə ediləcək cihaz və alətlər çatdıracaq. Zond, həmçinin buz şelfinin yaşayış üçün yararlığının qiymətləndirməsini aparacaq.
Bildirilir ki, tədqiqatçılar tərəfindən zond üçün iki konstruksiya variantı nəzərdən keçirilib: onların biri kiçik nüvə reaktoru vasitəsilə işə salınır, digəri isə kosmik uçuşlar üçün nəzərdə tutulan radioaktiv istilik mənbələri ilə işləyir. Hər iki mənbənin istiliyi buz qatının əridilməsi üçün istifadə oluna bilər. Zondla rabitə əlaqəsini qurğu ilə optik lif kabeli vasitəsilə birləşdirilən retranslyatorlar təmin edəcək.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












