Yollarda yeni intellektual sistem tətbiq olunur

Dubay şəhərinin yol sistemində qəza ehtimalını müəyyən edəcək yeni “Smart traffics” intellektual layihəsi həyata keçirilir. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, 590 milyon dirhəm vəsait ayrılmış bu layihə Birləşmiş Ərəb Əmirliklərində şəhərlərin yol-nəqliyyat şəbəkəsinə intellektual sistemlə nəzarət etmək vasitəsilə yol hərəkətinin modernləşdirilməsi və təkmilləşdirilməsini nəzərdə tutur. İntellektual nəqliyyat sistemi sayəsində yol hərəkətinin problemli hissələri aşkar ediləcək, bədbəxt hadisələrin qarşısı alınacaq və nəqliyyat vasitələrinin təhlükəsizliyi təmin olunacaq. Layihədə, həmçinin intellektual sistemin genişləndirilməsi vasitəsilə Dubaydakı yol şəbəkəsinin əhatə dairəsinin 11 faizdən 60 faizə çatdırılması nəzərdə tutulur ki, bu da qəzaların müəyyən olunması vaxtının qısaldılması və təcili tədbirlərin görülməsinə imkan verəcək. Yeni sistem “Expo 2020” kimi böyük tədbirlərdə ictimaiyyətin məlumatlandırılması baxımından da əhəmiyyətlidir. “Smart traffics” intellektual sistemi ən müasir videomüşahidə kameraları, hava haqqında məlumat verən cihazlar və yollarda vəziyyət barədə sürücülər üçün informasiyaları əks etdirən lövhələrdən ibarətdir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











