Yük və sərnişin daşımaları üçün dron nümayiş olunub

Sərnişin pilotsuz uçuş aparatlarının istehsalı ilə məşğul olan Çinin "Autoflight" şirkəti Şençjendə keçirilən ümumdünya pilotsuz uçan aparatlar konfransında "V400 Albatross" adlı yük və sərnişin dronunu təqdim edib.
Avtosfer.Az ictnews.az-a istinadən bildirir ki, "V400 Albatross" birincisi tam elektrik, ikincisi hibrid olmaqla iki modeldə buraxılır. Aparatların hər ikisi müxtəlif mühərriklə işləməsinə baxmayaraq 400 kq ümumi maksimal uçuş kütləsinə və 100 kq yükgötürmə qabiliyyətinə malikdir. Onlar məxsusi olaraq uzaq məsafələrə logistikanın və yüklərin çatdırılması üzrə əməliyyatların sadələşdirilməsi üçün hazırlanıb.
Modellər arasında əsas fərq aparatların uçuş məsafəsindədir. Belə ki, elektrik modelin uçuş məsafəsi 300 km, hibridin isə 1000 km təşkil edir. Hər iki model 5 min metrədək maksimal uçuş hündürlüyünə, 9 metr uzunluğunda qanada, 1,1 metr hündürlüyə və 6,7 metr enə malikdir.
"V400 Albatross" müxtəlif ehtiyat sistemlər, o cümlədən uçuş idarəetmə sistemləri, ötürücü və radarlar, eləcə də əlavə paraşütlə təchiz edilib. O, bort uçuş idarəetmə sistemi, uçan vasitələri tanıma və toqquşmadan yayınma sistemi ilə təchiz olunub ki, bu da ondan pilot olmadan təhlükəsiz istifadəyə imkan verir. Aparatla havada rabitə əlaqəsinin kəsilməməsi üçün o, "4G" və "5G" avadanlığı ilə təchiz edilib.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










